APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İstintaq Komitəsinin açıqlamasında deyilir. Bundan əvvəl insident nəticəsində 2 polis əməkdaşının yaralandığı bildirilirdi.
İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, şəhərin Akuşinski prospektində yerləşən stomatoloji klinikasının qarşısında baş vermiş atışma nəticəsində 1 polis ölüb, 4-ü isə yaralanıb. Cinayətkarlar avtomobildən atəş açıblar və hadisə yerindən qaçmağa müvəffəq olublar.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.