Bakı-APA. Oktyabrın 20-də Minskdə Donbasda vəziyyətin nizamlanması üzrə Təmas Qrupunun növbəti danışıqları keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Təmas Qrupunun son zamanlar keçirdiyi görüşlər nəticəsiz qalmayıb.
Belə ki, Donbasda təmas xəttindən 100 mm kalibrli silahların geri çəkilməsi razılaşdırılıb. Lakin bir çox mühüm məsələlər həll edilməmiş qalır. O cümlədən, qondarma Luqansk və Donetsk respublikalarında yerli orqanlara seçkilərin keçirilməsi. Tərəflər Donbasda Minsk sazişində nəzərdə tutulan yerli özünüidarəetmə seçkilərinin tarixinin təyin edilməsi ilə bağlı məsələdə anlaşmaya nail ola bilmirlər.