Bank Of Baku

Moldovanın sabiq baş naziri Vladimir Filat korrupsiyada ittiham olunaraq saxlanılıb

Moldovanın sabiq baş naziri Vladimir Filat korrupsiyada ittiham olunaraq saxlanılıb
# 16 oktyabr 2015 01:56 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Korrupsiya ilə Mübarizə Milli Mərkəzin  mətbuat katibi Anjela Starinski bildirib.

 

“Filat  72 saat müddətinə saxlanılaraq Korrupsiya ilə Mübarizə Milli Mərkəzin  istintaq təcridxanasına yerləşdirilib”, deyə Starinski bildirib.

 

Baş Prokurorluq Vladimir Filatın maliyyə-bank sistemindən 1 mlrd dollaradək vəsaitin mənimsəməsində təqsirli olduğunu iddia edir.  

 

Qeyd edək ki, bundan əvvəl müxalifətin etirazları fonunda parlament Filatın deputat toxunulmazlığını ləğv edib.  

 

İttihamın sübuta yetiriləcəyi təqdirdə  Vladimir Filat 15 il  həbs cəzasına məhkum ediləcək.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR