Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında bazarların əksəriyyəti ləğv olunacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-nə kimi ləğv olunacaq: “Biz paytaxtda yerləşən bazarların çox hissəsini ləğv edirik. Artıq bu iş bitmək üzrədir. Moskvada yerləşən kiçik bazarların hamısı yığışdırılacaq. Şəhərin müəyyən yerlərində topdan və pərakəndə satış mərkəzləri yaradılacaq. Böyük bazarların sahibləri isə yaxın aylar ərzində yenidənqurma planlarını bizə təqdim etməlidir. Bundan sonra onların fəaliyyətini davam etdirib-etdirilməməsinə baxılacaq”.