APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində üç naməlum şəxs aeroportun ərazisində inkassator avtomobilinə silahlı basqın ediblər. Basqınçılar 75 mln. rus rublu (2 mln. 325 min dollar) pul aparıblar. Silahlı basqınçıların xüsusi təyinatlıların geyimində olduğu bildirilib.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.