APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qatilov insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına dərhal son qoymağı, əhalinin bütün təbəqələrinin qanuni maraqlarına hörmətlə yanaşaraq demokratik standartlara əsaslanan hüquqi dövlətin yaradılmasına çağırıb.
“Rusdilli əhalini gah qeyri-yerli, gah azlıq, gah işğalçı, gah da yadplanetli elan edirlər”, - deyə Qatilov bildirib.