Bakı-APA. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Suriya ilə bağlı qətnamə layihəsinə dair razılığa gəlməsi barədə məlumat doğru deyil. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiyanın BMT-dəki nümayəndə heyətindəki mənbə deyib.
“Rusiya nümayəndə heyətində bu cür informasiyanın ortaya çıxması təəccüblə qarşılanıb”, - deyə o vurğulayıb.