Bank Of Baku

Tiflisdə “Gürcüstanda Baltikyanı ölkələrin Avroatlantik inteqrasiya təcrübəsi baş tuta bilərmi?” mövzusunda konfrans keçirilib

Tiflisdə “Gürcüstanda Baltikyanı ölkələrin Avroatlantik inteqrasiya təcrübəsi baş tuta bilərmi?” mövzusunda konfrans keçirilib
# 19 noyabr 2012 23:43 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 19-da Gürcüstan paytaxtında Latviya, Litva və Estoniyadan gələn siyasətçilərin və ekspertlərin iştirak etdiyi “Gürcüstanda Baltikyanı ölkələrin Avroatlantik inteqrasiya təcrübəsi baş tuta bilərmi?” mövzusunda konfrans keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Estoniya millət vəkili Yana Toom açaraq qeyd edib ki, Gürcüstanı çox adamlar tərk edir, buna görə də kiçik bir ölkənin Avropa Birliyinə (AB) üzv olmağı çox çətindir. “Əgər siz AB üzv olsanız, indi Türkiyədə iş axtaran insanlar üçün bu fakt dəyişəcək və onlar başqa ölkələrə üz tutacaqlar. Elə ölkələr var ki, Avropa Birliyindən böyük vəsait alırlar. Kiçik ölkələr üçün belə deyil. İndi biz elektrik enerjisini üç dəfə baha qiymətə alırıq”, deyə Yana Toom bildirib.

 

Konfransda Baltikyanı ölkələrin NATO və Avropa Birliyinə üzv qəbul edildikdən sonra yaranan mənfi və müsbət amillərdən, real vəziyyət barədə geniş məlumat verilib.

 

Tədbirdə çıxış edən Avrasiya İnstitutunun nümayəndəsi, ekspert Levan Metreveli bildirib ki, Gürcüstanın ərazi bütövlüyünün pozulması, iqtisadiyyatın inkişafı, ölkədə gedən demoqrafik situasiya və digər məsələlər indi ən ciddi problemlərdir: “Buna görə də biz hər hansı qərara ehtiyatla yanaşmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR