Bank Of Baku

“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin muzey tədris proqramının təqdimatı keçirilib

“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin muzey tədris proqramının təqdimatı keçirilib
# 21 dekabr 2010 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Muzey Mərkəzində UNESCO-nun Moskva bürosunun dəstəyi ilə “Rus muzeyi: virtual filial” informasiya–maarifləndirici mərkəzinin tələbələr və məktəblilər üçün muzey tədris proqramının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, bu proqram “Rus muzeyi: virtual filial” layihəsi çərçivəsində həyata keçirilir. O deyib ki, BMT-nin 2010-cu ili “Beynəlxalq mədəniyyətlərin yaxınlaşması ili” elan etməsi ilə əlaqədar bu il “Rus muzeyi: virtual filial” layihəsi üzrə başlıca fəaliyyət Beynəlxalq Mədəni Müxtəliflik Gününə (21 may) həsr olunub.

UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva və Muzey Mərkəzinin diektoru Liana Vəzirova da həyata keçirilən layihə barədə fikirlərini bölüşüblər. Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR