Bank Of Baku

Bəstəkar Tofiq Bakıxanovun anadan olmasının 80 illiyi münaisbəti ilə musiqi festivalı keçiriləcək

Bəstəkar Tofiq Bakıxanovun anadan olmasının 80 illiyi münaisbəti ilə musiqi festivalı keçiriləcək
# 21 dekabr 2010 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Görkəmli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun anadan olmasının 80 illiyinə həsr edilən musiqi festivalı keçiriləcək. Festivalın Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 22-dən 28-dək keçirilməsi nəzərdə tutulur. ABİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival çərçivəsində keçiriləcək konsertlərdə bəstəkarın əsərləri səslənəcək, bir sıra konfranslar olacaq. Festivalın açılışı dekabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda elmi-praktik konfransla baş tutacaq. Bundan başqa, dekabrın 23-də ABİ-nin Üzeyir Hacıbəyli adına Konsert Salonunda Tofiq Bakıxanovun kamera-instrumental əsərlərindən ibarət konsertn keçiriləmsi də planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR