Bank Of Baku

Şopen mövzusunda çəkilmiş ən yaxşı plakatlar Bakıda nümayiş etdiriləcək

Şopen mövzusunda çəkilmiş ən yaxşı plakatlar Bakıda nümayiş etdiriləcək
# 21 dekabr 2010 12:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bakıda “Şopen ili” çərçivəsində dahi bəstəkara həsr olunmuş plakat sərgisi təşkil olunacaq. APA-nın məlumatına görə, Polşanın Azərbaycandakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU)_birgə təşkil etdiyi sərgi dekabrın 22-də BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzində keçiriləcək. Dekabrın 22-23-də BSU-da sərgilənəcək əsərlər dekabrın 25-də Bəstəkarlar İttifaqında da nümayiş etdiriləcək.

Sərgidə 30 plakat nümayiş olunacaq. Plakatlar 2009-cu ildə keçirilmiş müsabiqədə Şopen mövzusunda çəkilmiş ən yaxşı plakatlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR