Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri səhhətində problem yaranmış mədəniyyət xadimləri haqqında danışıb

Azərbaycanın mədəniyyət və turizm naziri səhhətində problem yaranmış mədəniyyət xadimləri haqqında danışıb
# 21 dekabr 2010 17:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Yaşar Nuri ilə bu gün telefonla danışmışam, onun səsini eşidib sevindim”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə. Qarayev bildirib ki, Azərbaycan mədəniyyətinə xidmət edən bütün sənət adamlarına hər zaman diqqət göstərilir: “Səhhətində problem olan sənət adamlarının hamısı ilə maraqlanırıq. Səyavuş Aslan özünü yaxşı hiss edir, Vaqif İbrahimoğlunun müalicəsi Türkiyədə davam etdirilir. Var qüvvəmizlə çalışacağıq ki, onların səhhətindəki problem köklü həll olunsun. Aktyor İlham Əsgərovun da səhhətinin yaxşılaşdırılması prosesi gedir. Onun həyatı üçün təhlükə geridə qalıb. Bu sənətçilər bizə və xalqımıza çox lazımdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR