Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Teatr, təhsil və mənəviyyatımız” adlı tədbir keçirilib

Gənc Tamaşaçılar Teatrında “Teatr, təhsil və mənəviyyatımız” adlı tədbir keçirilib
# 22 dekabr 2010 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə layihə əsasında “Teatr, təhsil və mənəviyyatımız” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən teatrın direktoru Mübariz Həmidov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tarixindən, ənənələrindən, yaradıcılıq yolundan, teatr sənətinə imzalarını atmış neçə-neçə aktyor nəslinin yetişməsində bu teatrın rolundan danışıb.

Azərbaycan İctimai-Siyasi Universitetin rektoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev da teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən təqdirəlayiq işlərindən bəhs edib.

Sonra universitetin müəllim və tələbə heyətinə Nobel mükafatı laureatı K. Hamsunun “Viktoriya” tamaşası göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR