Bank Of Baku

Bakı Slavyan Universitetində məşhur bəstəkar Frederik Şopenə həsr olunmuş plakat sərgisinin açılışı olub - FOTO

Bakı Slavyan Universitetində məşhur bəstəkar Frederik Şopenə həsr olunmuş plakat sərgisinin açılışı olub - <font color=red>FOTO</font>
# 22 dekabr 2010 11:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakı Slavyan Universitetində məşhur bəstəkar Frederik Şopenə həsr olunmuş plakat sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərgi Bakı Slvayan Universitetinin polyak dili və mədəniyyəti mərkəzində açılıb. Açılış mərasimində universitetin rektoru Kamal Abdulla və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda iştirak ediblər. Rektor bildirib ki, bu sərgi Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Səfir Mixal Labenda bildirib ki, bu sərgi ilə bəstəkarın anadan olmasının 200 illik yubileyi ilə əlaqədar keçirilən Azərbaycanda Frederik Şopen İli başa çatır. Sərgidə ötən il Polşada Şopen haqqında ən yaxşı plakat müsabiqəsində qalib gəlmiş 30 plakat nümayiş olunur. Xatırladaq ki, Polşa Seymi 2010-cu ili Frederik Şopen İli elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR