Bank Of Baku

Gənc aşıqların V respublika müsabiqəsinin yekun turu və qaliblərin iştirakı ilə konsert keçirilib – FOTO

Gənc aşıqların V respublika müsabiqəsinin yekun turu və qaliblərin iştirakı ilə konsert  keçirilib – <font color=red>FOTO </font>
# 22 dekabr 2010 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhərində Aşıq Şəmşir adına Gənc aşıqların V respublika müsabiqəsinin yekun turu və qaliblərin iştirakı ilə konsert keçirilib. APA-nın məlumatına görə, müsabiqədə 33 rayondan 77 nəfər gənc aşıq öz bacarığını nümayiş etdirib.
Münsiflər heyətinin yekdil rəyinə əsasən I mükafat, I dərəcəli diplom və laureat adına Əfsanə Kərimli (Ağstafa), II mükafat, II dərəcəli diplom və laureat adına Anar Abdullayev (Gədəbəy), III mükafat, III dərəcəli diplom və laureat adına Ruslan Məmmədov (Qazax), 3 həvəsləndirici mükafat və diplomlara Ərəstun Kamalov (Kəlbəcər), Leyla Sarıyeva (Sumqayıt) və Əsgər Osmanov (Şuşa) layiq görülüblər.

Qaliblərin iştirakı ilə yekun konsert Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR