Bank Of Baku

Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib - FOTO

Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib - <font color=red>FOTO</font>
# 22 dekabr 2010 15:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, kinodramaturq, ssenarist Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Həsən Seyidbəylinin geniş yaradıcılıq yoluna nəzər salıb.

C. Quliyev bildirib ki, kino tariximizin bir sıra parlaq səhifələri məhz Həsən Seyidbəylinin adı ilə bağlıdır: “Onun ssenariləri əsasında “Doğma xalqımıza” bədii-sənədli, “Qızmar günəş altında”, “Uzaq sahillərdə” bədii, “Toral və Zəri”, “Sağ ol, dostum” animasiya, “Sovet Azərbaycanı” televiziya, “Kamillik” sənədli filmləri yaradılıb. Həsən Seyidbəyli ilk dəfə 1947-ci ildə “Bakıdan Göygölədək”, bunun ardınca 1949-cu ildə “Quba bağlarında” və “Tərtərçay vadisində”, “Böyük yol” kinooçerklərini lentə alıb”.

Kinoşünas Aydın Kazımzadə isə deyib ki, H. Seyidbəyli səkkiz tammetrajlı bədii filmə quruluş verib, bunlardan altısının həm də ssenari müəllifi olub.

Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Həsən Seyidbəylinin ailə üzvləri, eləcə də bir sıra kino xadimləri iştirak ediblər.

Qeyd edək ki, Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR