Bank Of Baku

Dövlət Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında da işə qəbul müsabiqə yolu ilə aparılacaq

Dövlət Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında da işə qəbul müsabiqə yolu ilə aparılacaq
# 23 dekabr 2010 07:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından sonra Dövlət Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında da islahatlar aparılacaq. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. Nazir müavini bildirib ki, adı çəkilən teatrlarda da bütün kollektiv işdən azad olunacaq və yenidən müsabiqə yolu ilə işə qəbul keçiriləcək: “Akademik Milli Dram Teatrında bu proses başa çatdıqdan sonra eyni proses digər teatrlarda da həyata keçiriləcək. Musiqili Komediya Teatrında əsaslı təmir başa çatdıqdan sonra müsabiqəyə başlanacaq. Hər iki teatrda da Milli Dram Teatrındakı kimi bir illik müqavilə bağlanacaq. Hər il müqavilələr yenilənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR