Bank Of Baku

İçərişəhərdəki Məhəmməd Məscidində aparılan muzey-konservasiya işlərinin başa çatması ilə bağlı elmi-praktik seminar keçirilib - FOTO

İçərişəhərdəki Məhəmməd Məscidində aparılan muzey-konservasiya işlərinin başa çatması ilə bağlı elmi-praktik seminar keçirilib - <font color=red>FOTO</font>
# 24 dekabr 2010 08:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd Məscidində aparılan muzey-konservasiya işlərinin başa çatmasına həsr olunmuş elmi-praktik seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müdiri Mikayıl Cabbarov bildirib ki, Məhəmməd Məscidində muzey-konservasiya işləri Almaniya və Avstriya şirkətləri tərəfindən aparılıb və işə bu ilin martından başlanıb: “Bir neçə mərhələni özündə ehtiva edən mürəkkəb texnoloji prosesin gedişində təqribən 500 kvadrat metrlik səth örtüyü xüsusi avadanlıq və materiallarla bərpa edildikdən sonra konservasiya olunub. Bərpa zamanı vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilib ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar bərkidilib, beləliklə, abidənin tarixiliyinə və mövcud quruluşuna zərər yetirilməyib”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi tədqiqatlar və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vəfa Quliyeva isə Məhəmməd Məscidinin tarixi haqqında geniş məruzə ilə çıxış edib.
Çıxışlardan sonra mütəxəssislər məsciddə aparılmış muzey-konservasiya işləri ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR