Bank Of Baku

İşğal olunmuş Azərbaycan ərazilərində konsert verdiyinə görə adı “qara siyahı”ya daxil edilən rusiyalı müğənni Katya Lel Bakıda konsert verəcək

İşğal olunmuş Azərbaycan ərazilərində konsert verdiyinə görə adı “qara siyahı”ya daxil edilən rusiyalı müğənni Katya Lel Bakıda konsert verəcək
# 27 dekabr 2010 10:31 (UTC +04:00)
Müğənninin bu konserti Heydər Əliyev Sarayında baş tutacaq. Heydər Əliyev Sarayından APA-ya verilən məlumata görə, bu təşəbbüslə rusiyalı müğənni Katya Lelin özü çıxış edib. Bilet satışından əldə olunacaq vəsait xeyriyyə məqsədi ilə xərclənəcək. Məlumatda o da bildirilib ki, Katya Lel Azərbaycandakı konserti müqabilində qonorar tələb etməyib və bu konsert üçün müğənniyə qonorar ödənilməyib.

Konsertin təşkilatçılığını Heydər Əliyev Sarayı həyata keçirəcək. Katya Lelin Bakıdakı konsertinin yanvarın 30-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, rusiyalı müğənni Katya Lel 2005-ci ildə ermənilərin işğal etdiyi Azərbaycana məxsus Dağlıq Qarabağda konsert verib. Bu hərəkətindən sonra Katya Lel və bir neçə həmkarına Azərbaycanda çıxış etməsinə qadağa qoyulub və adları “qara siyahı”ya salınıb. Ötən ay isə yerli mətbuata müsahibəsində bu hərəkətindən peşman olduğunu dilə gətirib və Azərbaycanda konsert vermək istədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR