Bank Of Baku

Əbülfəs Qarayev: “İslahatlar kiminsə naminə yox, Azərbaycan teatrının gələcəyi naminə aparılır”

Əbülfəs Qarayev: “İslahatlar kiminsə naminə yox, Azərbaycan teatrının gələcəyi naminə aparılır”
# 27 dekabr 2010 15:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Biz sehrbaz deyilik, əgər teatr sahəsində islahatlar aparırırqsa, deməli, bu uzunmüddətli, növbəti mərhələlərdə öz nəticəsini verə biləcək islahatlardır. Bu islahatlar bu günün və kiminsə naminə yox, Azərbaycan teatrının gələcəyi naminədir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri deyib. Nazir Azərbaycan teatr sahəsində aparılan islahatların nəticəsini tezliklə görə bilməyin mümkünsüzlüyünü də diqqətə çatdırıb: “İslahatların nəticəsini başladığı ildən gözləmək mümkünsüzdür, bu xülyadır. İslahat elə ona yönəlib ki, tədricən - bir, iki, üç il müddətində teatr özünə yeni bir qüvvə tapsın, yeni axına düşsün və o axın onu daha yüksək səviyyəyə gətirib çıxarsın. Bütün islahatların məqsədi bundan ibarətdir”.

Mədəniyyət və turizm naziri Dövlət Gənc Tamaşaçılar Teatrında aparılan və uğurla başa çatan islahatları buna misal gətirib: “Bu teatrda da islahatlara başlayanda çox danışdılar ki – “islahatlar başlandı, kollektivlər birləşdi-ayrıldı, bu necə olacaq?”. Halbuki bu gün həmin teatr dolğun bir həyatla yaşayır. Yaxşı əsərlər qoyulur, beynəxlalq tədbirlər keçirilir, teatrın kollektivi müxtəlif tədbirlərdə iştirak edir, bu islahatların nəticəsidir”.

Əbülfəs Qarayev eləcə də Dövlət Rus Dram Teatrında həyata keçirilmiş islahatların da uğurlu nəticələrindən söz açıb: “Həmin teatrda da islahatlar aparıldı, yeniliklər həyata keçirildi və bu gün çox gözəl iş sistemi qurulub. Hər şey öz yerindədir. İslahatın real nəticəsi budur. Siz deyrisiniz ki, Azərbaycan teatrının beynəlxalq səviyyəyə çıxması məsələsi o qədər də ürəkaçan deyil. Ancaq, ölkə başçısının müvafiq fərmanına uyğun olaraq bu il ilk dəfə ölkəmizdə keçirilən beynəlxalq teatr konfransının artıq növbəti il üçün digər teatrlarda da keçirilməsi nəzərdə tutulur. Bu da teatrımızın beynəlxalq səviyyəyə çıxması istiqamətində atılan addımlardandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR