Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib – FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 27 dekabr 2010 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, iclasdan əvvəl nazir Əbülfəs Qarayev il ərzində müxtəlif fəxri adlara layiq görülmüş mədəniyyət xadimlərinə mükafatlarını təqdim edib.

Kollegiya iclasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il üçün hesabatı dinlənilib, gələn ilin ilk yarısı üçün iş planı təsdiqlənib. 2011-ci ilin aprelində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tədbirlər planı və Tarix-mədəniyyət, Tarix-etnoqrafiya, Diyarşünaslıq muzeylərinin yaradılmasına dair planların icrası haqqında müzakirələr aparılıb. Ə. Qarayev il ərzində Azərbaycanda mədəniyyət sahəsində 150 dövlət əhəmiyyətli tədbirin keçirildiyini, bu tədbirlərdə iştirak etmək məqsədilə ölkəyə 200 mindən artıq turistin gəldiyini açıqlayıb. Nazir bəyan edib ki, bu il Azərbaycan mədəniyyəti üçün uğurlu il olub: “Azərbaycanda bix çox beynəlxalq, respublika miqyaslı əlamətdar hadisələr baş verib. Festivallar, konfranslar, görüşlər və digər tədbirlər keçirilib. Azərbaycan mədəniyyət sahəsində dünyada keçirilən bütün tədbirlərdə iştirak edib, ölkəmiz layiqli təmsil olunub. Ölkə daxilində də uğurlu layihələr həyata keçirilib, kitabxana şəbəkəsinin, muzey işinin, teatr işinin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə işlər görülüb”.

Nazir il ərzində Azərbaycanda yeni 5 illik Turizmin İnkişaf Proqramının qəbul olunmasını da əhəmiyyətli hadisə kimi qeyd edib: “Hər zaman olduğu kimi, biz daha böyük zirvlərə üz tuturuq. Gələn il bizim üçün olduqca məsuliyyətli bir il olacaq”.

Ə. Qarayev 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının beş ilinin tamamlanması ilə əlaqədar ilin sonunda yekun hesabat hazırlanacağını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR