Bank Of Baku

Prezident tarzən Bəhram Mansurovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb

Prezident tarzən Bəhram Mansurovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb
# 27 dekabr 2010 17:20 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev xalq artisti, görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Süleyman oğlu Mənsurovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Bəhram Mənsurovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.

Bəhram Mansurovun anadan olmasının 100 illiyi 2011-ci ilin fevralında tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR