Bank Of Baku

Heydər Əliyev Sarayında “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı proqram nümayiş olunacaq

Heydər Əliyev Sarayında “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı proqram nümayiş olunacaq
# 28 dekabr 2010 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Toppuş bacı” və “Keyxanım” personajı ilə tanınan aktrisalar Tünzalə və Ülviyyə Əliyevalar yanvarın 13-də Heydər Əliyev Sarayında çıxış edəcəklər. Bu barədə APA-ya sarayın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı proqramda xalq artistləri Nazpəri Dostəliyeva, Faiq Ağayev, əməkdar artistlər Mətanət İsgəndərli, Səməd Səmədov, Tünzalə Ağayeva, Almaz Ələsgərova, Elza Seyidcahan, Ədalət Şükürov, sənətçilər Ayan, Könül Kərimova, Rəşad İlyasov, Abbas Bağırov, Elton Hüseynəliyev, RüfətMehdiyev, Ramal İsrafilov, Xumar Qədimova, Nurlan Növrəsli, Vaqif Şıxəliyev, Sevda Yəhyayeva, skripkaçı Səlim, “Aypara” qrupu, Samirə, Elməddin Cəfərov, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı çıxış edəcək. Biletlərin qiyməti 10-40 manat arasındadır.

Qeyd edək ki, “Toppuş bacı” və “Keyxanım”ın yeni il macəraları” adlı bayram proqramının informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR