2010-cu ildə kimləri itirdik?
2010-cu ilin ilk itikisi ədəbiyyat sahəsinə üz verib. Yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış qələm sahibi Sabir Azəri 72 yaşında dünyasını dəyişib. Sabir Azəri Dövlət Televiziya və Radio Verilişləri Şirkətində, “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında çalışıb. Yazın gəlişinin ilk günlərində isə Azərbaycan teatrı itki ilə üzləşib. Çoxsaylı insanların “Şirbalanın məhəbbəti” tamaşasında Nazlı kimi tanıdığı Dövlət Musiqili Komediya Teatrının aktrisası, müxtəlif televiziya tamaşalarında ifa etdiyi komik rollarla sevilən Lütfiyyə Səfərova uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Aktrisa 2010-cu il martın 1-də gözlərini əbədi olaraq yumub.
Azərbaycan incəsənətində öz dəsti-xətti ilə tanınan tikmə ustası Sitarə Rəhimova martın 9-da dünyasını dəyişib. Azərbaycan incəsənətinin artıq bir tarixinə çevrilən rəssam 65 yaşında vəfat edib. Bir ay sonra Azərbaycanın teatr sənəti daha bir itki ilə üzləşib. Uşaqların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev aprelin 8-də elə iş yerində dünyasını dəyişib. Müxtəlif mədəniyyət ocaqlarında bir çox yaradıcı vəzifələrdə fəaliyət göstərən Rəhman Quliyev 20 il Kukla Teatrının direktoru vəzifəsində çalışıb.
Elə həmin ayın 15-də Azərbaycan kino və teatr sahəsində çox böyük bir itki baş verib.
Hər bir obrazı ilə hamını ürəkdən güldürməyi bacaran, yaratdığı obrazlarla böyük sevgi qazanan xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Telman Adıgözəlov aprelin 15-də qəflətən vəfat edib. 57 yaşında dünyaya göz yuman sənətkar ömrünün 30 ilini Akademik Milli Dram Teatrının səhnəsində yaddaqalan obrazlar yaratmağa sərf edib. Aprel ayı Azərbaycan teatrı daha bir sənətkarın itkisi ilə yadda qalıb. Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Yusif Muxtarov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində diktor vəzifəsində çalışıb və UNESCO-nun iki qızıl diksində sənətkarın ifası lentə alınıb. Aprel ayı Azərbaycan mədəniyyəti üçün ağır il olub. Ayın son günləri isə milli rəqs sənətimizin şahzadəsi titulunu qazanan Əminə Dilbazini itirmişik. Sənətkar aprelin 30-da 91 yaşında vəfat edib. O, tanınmış Azərbaycan bəstəkarı bəstəkar Cövdət Hacıyevin həyat yoldaşı olub.
May ayı da Azərbaycan mədəniyyəti itkilərlə xatırlanır. Mayın 18-də Azərbaycan mədəniyyəti Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Siyavuş Aslanın həyat yoldaşı olan aktrisa Ofeliya Aslanı itirib. Gözəl obrazlarla insanların sevgisini qazanan aktrisa 71 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Yayın son ayı hesab olunan avqust ayında da Azərbaycan mədəniyyətində böyük itki yaşanıb. Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Oqtay Kazımi avqustun 9-da əbədi olaraq həyatla vidalaşıb. Ürək çatışmazlığından əziyyət çəkən O. Kazımi 78 yaşını qeyd etməmiş dünyasını dəyişib.
Sentyabrın 4-də isə Türkiyənin Bilkənd Universitetinin professoru, “Şöhrət” ordenli, prezident təqaüdçüsü, xalq artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada vəfat edib. Sərvər Qəniyevin cənazəsi Bakıya gətirilərək öz Vətənində dəfn olunub. Bu il sentyabrın 14-də Azərbaycan teatr ictimaiyyətinə daha bir ağır itki üz verib. Həmin gün Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti, prezident təqaüdçüsü İrina Perlova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
2010-cu ilin oktyabr ayı da itkisiz ötüşməyib. 8 oktyabr tarixi xalq artisti, prezident təqaüdçüsü Elxan Əhədzadənin ölümü ilə yadda qalib. Uzun illər Opera və Balet Teatrında, eləcə də Musiqili Komediya Teatrında fəaliyyət göstərən sənətkar uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.
2010-cu il Azərbaycan elmi üçün də itkisiz ötüşməyib. Dekabrın 4-də Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli elm xadimi, professor, AMEA Zoologiya İnstitutunun direktoru Musa Musayev 89 yaşında vəfat edib. Dekabrın 27-də isə Azərbaycan elminə ağır itki üz verib. Azərbaycanın görkəmli tarixçi alimi, akademik Cəmil Quliyev dekabrın 27-də vəfat edib.
Yola saldığımız il jurnalistikamız üçün də itkilərlə yadda qalıb. Martın 16-da “Zerkalo” qəzetinin şərhçisi, Qarabağ müharibəsi veteranı İbrahim Bayandurlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Daha bir həmkarımız, “BBC” radiosunun əməkdaşı, müxtəlif aparıcı kütləvi informasiya vasitələrində çalışmış jurnalist İlham Rzayev aprelin 23-də 34 yaşında dünyasını dəyişib. İyunun 12-də məşhur telejurnalist, əməkdar jurnalist və “Qızıl qələm” mükafatçısı Mailə Muradxanlı vəfat edib. 70 yaşında dünya ilə vidalaşan telejurnalist uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində, “Bakıfilm” studiyasında fəaliyyət göstərib. 2010-cu ildə vidalaşdığımız həmkarlarımız sırasında uzun illər müxtəlif kütləvi informasiya vasitələrində çalışmış, “Qanun” jurnalının redaktoru Şaiq Bəhramoğlu və “Azərbaycan” qəzetinin əməkdaşı Raqif Şirinov da var. Jurnalistika sahəsində daha bir itki oktyabrda baş verib. “Poliqon” İnformasiya Agentliyinin rəhbəri, “Milli Yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli oktyabrın 27-də yol qəzasında faciəli şəkildə həlak olub. Bu il daha bir jurnalist həmkarımız da yol qəzasının qurbanı olub. Noyabrın 14-də Rusiyanın “Reqnum” agentliyinin əməkdaşı Rafael Mustafayev faciəvi şəkildə yol qəzasında dünyasını dəyişib. Dekabrın 19-da isə tanınmış fotoqraf Elxan Kərimov 62 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib