İlham Əsgərov: “Özümə bu xəstəliyi heç yaraşdırmırdım”

İlham Əsgərov: “Özümə bu xəstəliyi heç yaraşdırmırdım”
# 04 yanvar 2011 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Hazırda özümü çox yaxşı hiss edirəm. Allaha min şükür ki, hər şey arxada qalıb. Özümə bu xəstəliyi heç yaraşdırmırdım”. Bu sözləri APA-ya açıqlamasında beyin insultu keçirən və əvvəlcə Mərkəzi Klinik Xəstəxanada, sonra isə Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunan Azərbaycanın xalq artisti İlham Əsəgərov deyib. O, bir neçə gündür xəstəxanadan çıxdığını söyləyib: “Yeni ili öz evimdə, ailəmlə birgə qarşılamaq istədim. Belə də oldu və Yeni il günü evimdə oldum. Xəstəlik birdən-birə məni yaxaladı, gözlənilmədən... Üç gündür danışıram və zənglərə cavab verirəm. Hər şey yaxşıdır”.

İ. Əsgərov bildirib ki, hazırda evdə olsa da, həkim nəzarətindədir və müalicəsi ev şaraitində davam etdirilir: “Gün ərzində 5-10 dəqiqə gəzməyə icazə verilib, hava alıram. Hələ ki işə çıxmıram. Növbəti həftələrdə işə də başlayacağam. Ağrım yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR