Azərbaycan balet ustalarının “Qu gölü”ndə debütü olacaq

Azərbaycan balet ustalarının “Qu gölü”ndə debütü olacaq
# 05 yanvar 2011 15:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P. Çaykovskinin “Qu gölü” tamaşası təqdim olunacaq. APA-nın məlumatına görə, bu tamaşada ən mürəkkəb partiya olan Odetta rolunun ifası ilk dəfə gənc balet artisti Nigar İbrahimovaya etibar edilib. Balerina teatrda beşinci ildir işləyir və bu vaxtadək özünü istedadlı balet aktrisası kimi göstərib. O, Q. Qarayevin “Yeddi gözəl” tamaşasında Hind gözəli partiyasını, P. Çaykovskinin “Şelkunçik” baletində Maşa obrazını, L. Minkusun "Don Kixot" baletində Kitri partiyasını və A. Adanın "Jizel" baletində Jizeli ifa edib.

Tamaşada şahzadə Ziqfrid partiyasını Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü Gülağasi Mirzəyev ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR