Bank Of Baku

Milli Dram Teatrında yeni heyətin formalaşması üçün keçiriləcək müsabiqə hələ başlamayıb

Milli Dram Teatrında yeni heyətin formalaşması üçün keçiriləcək müsabiqə hələ başlamayıb
# 06 yanvar 2011 09:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni kollektivin formalaşması üçün bayramdan sonra keçirilməsi nəzərdə tutulan müsabiqə hələ başlamayıb. APA-nın məlumatına görə, müsabiqəyə növbəti həftənin bazar ertəsindən başlamaq nəzərdə tutulur.

Müsabiqə üçün yaradılan xüsusi komissiyaya mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edir. Komissiyada teatrın direktoru İsrafil İsrafilov, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin teatr sektorunun müdiri Naidə İsmayılzadə və daha bir neçə teatr bilicisi təmsil olunur. Komissiya üzvlərinin adları açıqlanmır. Buna səbəb kimi müsabiqənin obyektiv keçməsini təmin etmək göstərilir. Komissiyanın üzvlərinin tam siyahısı müsabiqə yekunlaşdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, müsabiqənin gecikməsinə səbəb teatrın direktoru İsrafil İsrafilovun səhhətində yaranan problem, eləcə də komissiya üzvlərinin bir neçəsinin ölkə xaricində olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR