Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Naidə İsmayılzadə: “Müsabiqədə fəxri adlara, mükafatlara önəm veriləcək” – FOTOSESSİYA
Artıq sənəd qəbulunun başa çatdığını açıqlayan N. İsmayılzadə, hər bir aktyorun cv-sinin hazırlandığını söyləyib: “Hər bir aktyorun həyat və yaradıcılığı ilə bağlı bütün məlumatlar toplanıb. Komissiya üzvləri bu məlumatlara baxacaq, onların son beş ildəki fəaliyyətinə nəzər salacaq. Teatr mütəxəssisi və komissiya üzvü olaraq hər bir aktyor və rejissor, eləcə də teatrda işləyən fəhlə haqqında məlumatlıyıq, necə illərdir bu insanlarla çiyin-çiyinə çalışırıq. Onların arasında fəxri adları, mükafatları olan insanlar da var. Biz baxacağıq ki, bu beş il ərzində ad-sanından, tutduğu vəzifədən asılı olmayaraq nə edib və bu gün Akademik Milli Dram Teatrına bu aktyor və ya rejissor lazımdır, ya yox. Şübhəsiz ki, fəxri adlara, mükafatlara önəm veriləcək. Bu titulları qazananlar kifayət qədər zəhməti olan yaradıcı insanlardır, uzun müddətdir bizimlə bərabər çalışırlar. Titullar, fəxri adlar, mükafatlar heç bir sənət insanına əbəs yerə verilməyib. Onların illərlə çəkdiyi zəhmətin nəticəsində, yaratdıqları rolların, işlərin müqabilində verilib”.
N. İsmayılzadə müsabiqədə iştirak üçün respublika üzrə elan verildiyinə diqqət çəkib: “Ölkəmizin hər bölgəsindən olan yaradıcı şəxslərin Milli Dram Teatrına müraciəti üçün imkan yaradıldı, ərizələrini, sənədlərini təqdim etdilər. Onlar da Azərbaycanın ana teatrında çalışmaq imkanı qazana bilərlər. Yaşından və yaşadığı bölgədən asılı olmayaraq, teatr sənətinə bağlı olan hər bir şəxsin ərizə vermək hüququ vardı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya standartlarına cavab verəcək formada təmir-bərpa işləri aparılaraq müasir bir bina yaradıldı. Müasir binada günün tələblərinə cavab verən, müasir mövzulu tamaşalar hazırlayan, böyük tamaşaçı kütləsi cəlb edən, beynəlxalq səviyyəli festivallarda iştirak edən bir teatr yaranmalıdır. Eyni zamanda istedadları üzə çıxarmaq, gənc rejissorlara yol açmaq üçün bunu etməyi lazım bildik”.
Sektor müdiri müsabiqənin obyektiv keçiriləcəyinə zəmanət verib və bu prosesdə qeyri-obyektivlik olmayacağını vurğulayıb. Onun fikrincə, müsabiqə başa çatdıqdan və yeni kollektiv formalaşdıqdan sonra Akademik Milli Dram Teatrının akademik əvvəlki səviyyəsi qayıdacaq: “Biz hər birimiz Akademik Milli Dram Teatrının akademik səviyyəsinin qaytarılması üçün çalışırıq. İrəliyə getmək lazımdır. Sentyabrda Musiqili Komediya Teatrında, Gənc Tamaşçılar Teatrında da müsabiqələr olacaq. Paytaxt teatrlarının kollektivləri yeniləşdiriləcək”.
N. İsmayılzadənin sözlərinə görə, teatrda rejissorların fəaliyyəti müqavilə əsasında həyata keçiriləcək və onlar da müsabiqə yolu ilə seçiləcəklər: “Rejissorlar müsabiqə əsasında seçiləcək və müqavilə əsasında fəaliyyət göstərəcəklər. Öz ərizələrini verəcəklər, hansı tamaşanı hazırlamaq istədikləri bildirəcəklər. Bədii Şura tərəfindən müraciətlərə baxılacaq və təsdiq olunacaq. Hər bir rejissor istədiyi teatrın repertuarına, yaradıcılıq istiqamətinə uyğun olaraq arzuladığı tamaşanı təqdim edəcək. Bu prosesdə daha çox xaricdən dəvət olunmuş rejissorlara üstünlük veriləcək”.
Müsabiqədən sonra teatrda işçilərin sayının azalıb-azalmayacağının müsabiqə əsnasında müəyyənləşəcəyini deyən N. İsmayılzadə, müsabiqədən keçməyən aktyorların işlə təmin olunacağını da açıqlayıb: “Düşünmürəm ki, müsabiqədən keçməyən aktyor heyəti işsiz qalacaq. Məlum olduğu kimi, hər bir aktyorun ikinci iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Onların hər birinin ikinci iş yeri var. Bu gün teatrlarımızda aktyorlara, yaradıcı insanlara böyük ehtiyac var”.
N. İsmayılzadə bəyan edib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iki aydan sonra öz qapılarını tamaşaçıların üzünə açacaq.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib