Bank Of Baku

Milli Məclisin yaz sessiyasında mədəniyyət sahəsinə aid bir neçə qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisin yaz sessiyasında mədəniyyət sahəsinə aid bir neçə qanun layihəsi müzakirəyə çıxarılacaq
# 13 yanvar 2011 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyasında mədəniyyət sahəsinə aid bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

Millət vəkilinin sözlərinə görə, bunlardan biri “Mədəniyyət haqqında” yeni qanun layihəsidir: “Əslində Azərbaycanda “Mədəniyyət haqqında” qanun var. Lakin bu qanun çoxdan qəbul edildiyindən tələblərə cavab vermir. Ona görə də hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsini yaz sessiyasında birinci oxunuşda müzakirəyə çıxarmağı planlaşdırırıq”.

Mədəniyyət Komitəsində müzakirəyə çıxarılması gözlənilən digər qanun layihəsi isə “Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında” qanun layihəsidir. Parlamenitin yaz sessiyasına çıxarılması gözlənilən bu qanun layihəsində yaradıcı təşkilatların maliyyələşdirilməsi və s. məsələlər əksini tapacaq.

Bundan başqa, yaz sessiyası ərzində bir sıra sahəvi qanunlara əlavə və dəyişikliklərin edilməsi də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR