Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında şəhidlər anılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında şəhidlər anılacaq
# 14 yanvar 2011 08:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 18-də keçirilməsi nəzərdə tutulan anım tədbiri teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” Məclisinin birgə layihəsi əsasında həyata keçirilir. Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinə həsr olunacaq. Tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Rəsmi hissədən sonra yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR