Bank Of Baku

Əbülfəs Qarayev Bakıda səfərdə olan “Euronews” telekanalının rəhbərləri ilə görüşüb

Əbülfəs Qarayev Bakıda səfərdə olan “Euronews” telekanalının rəhbərləri ilə görüşüb
# 14 yanvar 2011 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan “Euronews” telekanalının rəhbərləri ilə görüşüb. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, nazir telekanalın Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla danışıqlar aparıb. Görüş zamanı telekanalın 2011-ci ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı qismində çıxış etməsi, tədbirin telekanal vasitəsilə yayımlanması və təbliğinə dair müzakirələr aparılıb. Telekanalın baş icraçı direktoru Filip Kay bu məsələlərə dair müsbət rəy bildirib.
Görüş zamanı o qeyd olunub ki, “Euronews” telekanalına Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı “Tərəfdaşlıq təklifləri” göndərilib və hazırda həmin təkliflərin həyata keçirilməsi imkanları araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR