Bank Of Baku

Azərbaycan Akademik Milli Dram Teatrda işə qəbulla bağlı nəzərdə tutulan müsabiqə ləğv olunub

Azərbaycan Akademik Milli Dram Teatrda işə qəbulla bağlı nəzərdə tutulan müsabiqə ləğv olunub
# 14 yanvar 2011 13:06 (UTC +04:00)
Onun sözlərinə görə, bu barədə müvafiq qərar dünən qəbul olunub: “Mən bu kollektivlə işləməmişəm, ona görə də insafsızlıq və haqsızlıq etmək istəmədim. Kollektiv üzvlərinin potensialını bilmirəm. Qərarımı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də bildirdim o da fikrimi müsbət qarşıladı”.

İsrafil İsrafilov yanvarın 17-dən 28-dək Azərbaycan Akademik Milli Dram Teatrının bütün kollektivi və texniki heyəti ilə yenidən müqavilə imzalanacağını bildirib: “Kollektiv üzvləri ilə bir teatr mövsümü üçün müqavilə imzalayacağıq. Mövsüm başa çatdıqdan sonra onların işini dəyərləndirib yenidən müqavilə imzalayacağıq. Müqavilə əsasında mövsüm ərzində teatrın repertuarına daxil edilən tamaşalarda bütün aktyorlar rol alacaqlar. Onların əmək haqları isə qonorar sistemi ilə ödəniləcək. Kollektivdə dəyişiklik yoxdur, əksinə heyət yeni aktyorlar hesabına gücləndiriləcək. Fuad Poladov, Fəxrəddin Manafov, Mehriban Zəki və daha 4 aktyor da Akademik Milli Dram Teatrında səhnələşdiriləcək tamaşalarda rol alacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR