Bank Of Baku

Akademik Milli Dram Teatrı Milli Teatr Günü qapılarını açacaq – FOTO

Akademik Milli Dram Teatrı Milli Teatr Günü qapılarını açacaq – <font color=red>FOTO </font>
# 14 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı martın 10-da - Milli Teatr Günü öz qapılarını tamaşaçıların üzünə açacaq. APA-nın məlumatına görə, bunu Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov keçirdiyi mətbuat konfransında deyib. Teatr rəhbəri bildirib ki, açılışda nümayiş olunacaq tamaşa hələ ki müəyyənləşməyib. İ. İsrafilov teatr kollektivinin fevralın 1-dən bir illik müqavilə əsasında fəaliyyətə başlayacağını söyləyib. Bu müddət ərzində bütün heyət yeni tamaşalar üzərində işləyəcək, teatrın böyük və kiçik səhnələrində yeni tamaşaların məşqləri keçiriləcək.

İ. İsrafilovun sözlərinə görə, əsaslı təmirdən sonra müasir standartlara cavab verən teatrda bütün repertuar dəyişəcək. Artıq köhnə tamaşalar nümayiş olunmayacaq və yeni mövsümdə yeni repertuar siyasəti həyata keçiriləcək: “Biz tamaşaçılar qraşısına tam yeni repertuarla, yeni və müasir tamaşalarla çıxacağıq. Hazırlanması, səhnəyə qoyulması nəzərdə tutulan tamaşalarla yeni repertuar yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR