Bank Of Baku

Azərbaycan Fotoqraflar Birliyinin yeni sədri fevralın ilk günlərində məlum olacaq – FOTO

Azərbaycan Fotoqraflar Birliyinin yeni sədri fevralın ilk günlərində məlum olacaq  – <font color=red>FOTO </font>
# 17 yanvar 2011 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Fotoqraflar Birlyinin (AFB) idarə heyətinin yeni sədri fevralın ilk günlərində məlum olacaq. Bunu APA-ya açıqlamasında AFB-nin üzvü, hazırda sədr vəzifəsini icra edən Mirnaib Həsənoğlu deyib. O bildirib ki, yeni sədr gələn ay keçirilməsi nəzərdə tutulan konfransda müəyyənləşəcək. Sədr AFB-nin idarə heyətinin üzvləri tərəfindən səsvermə ilə yeddi namizəd arasından seçiləcək. Həmin konfransda birliyin yeni idarə heyəti də müəyyənləşəcək. Qurumun daxilində heç bir problem olmadığını vurğulayan sədr əvəzləyicisi, birliyin dağılma təhlükəsi altında olmadığını vurğulayıb.

M. Həsənoğlu bir neçə fotoqrafın AFB-nin üzvlüyündən imtina etdiyini təsdiqləyib: “Heç kimi məcburən heç yerə gətirmək və ya aparmaq olmaz. Kim Fotoqraflar Birliyinin üzvü olmaq istəmirsə çıxır. Bu elə böyük bir faciə deyil”.

M. Həsənoğlu bir qrup fotoqraf tərəfindən yaradılması nəzərdə tutulan Fotoqraflar İctimai Birliyi ilə bağlı da mövqeyini açıqlayıb: “Daha yaxşı olardı ki, Azərbaycanda 7 fotoqraf birliyi yaradılardı, hamısı da Azərbaycan foto sənəti ilə məşğul olardı. Bunu alqışlayaram, ona görə ki, hər kəs nə görürsə foto sənətinin inkişafı üçün görür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR