Bank Of Baku

Ərdəbil əyalətində 3 min illik gümüş qədəh tapılıb

Ərdəbil əyalətində 3 min illik gümüş qədəh tapılıb
# 28 mart 2019 10:53 (UTC +04:00)

İranın Ərdəbil əyalətinin Xalxal şəhərində aparılan arxeoloji qazıntı zamanı 3 min illik gümüş qədəh tapılıb.

ONA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qədəh e.ə. 850-616-cı illərdə hökm sürən Manna Çarlığı dövrünə aid edilir.

Ərdəbil Mədəni Miras Əl İşləri və Turizim qurumunun rəhbəri Nadir Fəllahi bildirib ki, arxeoloji qazıntılar və mütəxəssislərin araşdırmaları bu bölgədə Əhəmənilərdən 300 il əvvəl də yaşayış olduğunu göstərir. Onun sözlərinə görə, qədəh Həsənli bölgəsində kəşf edilən gümüş qədəhlərlə müqayisə edilə bilər.

Adı çəkilən qədəh Xalxal Arxeologiya Muzeyində sərgilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR