Bank Of Baku

Ermənilərin saxtalaşdırdığı alban kilsələri ilə bağlı sübutlar toplanır - VİDEO

Ermənilərin saxtalaşdırdığı alban kilsələri ilə bağlı sübutlar toplanır - VİDEO
# 03 fevral 2022 15:28 (UTC +04:00)

“Ermənilər abidələrimiz üzərində izlər qoyublar, bununla bağlı hazırda sübutlar toplayırıq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

İşçi qrupun yaradıldığını deyən nazir, həmin qrupda alban tarixini, mədəniyyətini, yazılarını bilən mütəxəssislərin yer aldığını vurğulayıb: “Biz həmin mütəxəssislərlə birgə azad edilmiş ərazilərə baxış keçirib sonra növbəti addımlar atacağıq. Bununla bağlı albanşünaslıq sahəsində beynəlxalq ekspertlərə iş aparılır, onların Azərbaycana dəvət edilməsi planlaşdırılır. Bildiyiniz kimi, təhlükəsizlik baxımından həmin ərazilərə gedə bilmirik. Növbəti mərhələlərdə həm yerli, həm də beynəlxalq mütəxəssislərlə birgə erməniləşdirilmiş alban abidələrinin olduğu ərazilərə gedəcəyik və saxtakarlıqları sənədləşdirib beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.

Fuad Nazimoğlu

Aytac Sahəd

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR