Bank Of Baku

Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması ilə bağlı danışıqlar gedir

Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması ilə bağlı danışıqlar gedir
# 03 fevral 2022 15:55 (UTC +04:00)

“Gəncə qapılarının taleyi mənim ötən il Gürcüstana səfərimin gündəliyində olan məsələ idi. Biz bu məsələni orada aidiyyəti dövlət qurumları ilə müzakirə etdik”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur: “Biz Gəncə qapılarının danışıqlar vasitəsilə Azərbaycana geri qaytarılmasını müzakirə edirik. Bildiyiniz kimi, Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb. Danışıqlar asan yox, ağır gedir. Bizim məqsədimiz qapıların Azərbaycana qaytarılmasıdır”.

Fuad Nazimoğlu

Aytac Sahəd

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR