Bank Of Baku

Mədəniyyət naziri “Şuşa ili” ilə bağlı yaradıcı insanlara çağırış edib

Anar Kərimov

© APA | Anar Kərimov

# 23 fevral 2022 10:37 (UTC +04:00)

"Gələn aydan “Shusha talks” layihəsinə start veriləcək. Yaradıcı insanlardan bu məsələdə məsləhətlər istəyəcəyik".

APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.

"Biz yaradıcı sənayelərə diqqət göstərməyə hazırıq. Qarşımızda işğaldan azad olunmuş ərazilərə yaradıcı sənayelərimizin qaytarılması kimi müqəddəs bir vəzifə də durur. "Böyük qayıdış" layihəsi təkcə orada abidələrin bərpası ilə məhdudlaşmır, ora həm də Azərbaycan ruhunun qaytarılmasıdır vacibdir. Bildiyiniz kimi cənab Prezident tərəfindən bu il “Şuşa ili” elan edilib. Biz istəyirik ki, yaradıcı insanlarımız bu işlərdə bizə yaxından kömək etsin”.

Nazir bildirib ki, "Şuşa ili" ilə bağlı çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

“İl ərzində “Shusha talks" layihəsinə əsasən yaradıcı sənayenin nümayəndələri, tanınmış şəxslər, blogerlərlə mütəmadi görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq. Məqsəd də onların Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində fikirlərini öyrənməkdir” – nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR