Bank Of Baku

Milli Xalça Muzeyinə yeni eksponatlar hədiyyə olunub - FOTO

Milli Xalça Muzeyinə yeni eksponatlar hədiyyə olunub  - FOTO
# 03 mart 2022 20:13 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Xalça Muzeyində silah ustası Emin Məmmədovun muzeyə hədiyyə etdiyi silah nümunələrinin təqdimatı baş tutub.

APA-nın xəbərinə görə, tədbirdə Mədəniyyət naziri Anar Kərimovla yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edən muzeyin direktoru Şirin Məlikova silahların müəllifi Emin Məmmədovun yaradıcı fəaliyyətindən bəhs edib: "Müəllif bu yaxınlarda UNESCO tərəfindən "unikal sənətkar" sertifikatı alıb ki, bu onun sənətinin peşəkarı olduğunun göstəricisidir".

Sonra mədəniyyət naziri Anar Kərimov müəllifin bu cür tarixi və unudulmaqda olan sənəti yaşatmasını vurğulayıb: "Azərbaycan mədəniyyərində əlamətdar bir hadisədir ki, Emil bəy ölkədən kənarda yaşamasına baxmayaraq, Azərbaycanın sənət mirasını qorumaqda və sənəti yaşatmaqdadır. Ümumiyyətlə, cənab Prezident və Mehriban xanım Əliyeva da Azərbaycanın milli sənətşünaslıq tarixinin qorunmasında, ənənələrin davam etdirilməsində böyük təşəbbüs və səylər göstərirlər. Bu baxımdan, Emil Məmmədovun gördüyü iş təqdirəlayiqdir".

Bu gün Azərbaycanın mədəni siyasətinin əsas istiqamətlərindən birinin xaricdə saxlanılan milli sərvətlərimizin ölkəyə qaytarılması olduğunu deyən nazir bu yöndə görülən işlərdən də bəhs edib: "Ötən il biz 3 milli xalçanı auksiondan alıb ölkəmizə gətirdik və onlardan ikisini məhz Milli Xalça Muzeyinə, birini isə Milli İncəsənət Muzeyinə təqdim etdik".

Çıxışlar bitdikdən sonra qonaqlar silah nümunələri ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR