Bank Of Baku

Nazir Şuşadan çıxarılan xalçalarla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Anar Kərimov

© APA | Anar Kərimov

# 03 fevral 2022 15:34 (UTC +04:00)

“Ötən il ermənilər Şuşadan qeyri-qanuni çıxardıqları xalçaları İrəvanda sərgiləmişdilər, hətta xalçalarımızın Şuşadan çıxarıldığını həyasızcasına bəyan belə etmişdilər”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bununla bağlı hələ o vaxt dərhal bəyanat verildiyini vurğulayıb: “Biz UNESCO-ya da müraciət etdik. Orda olan xalçaların Qarabağ xalçaları olduğu faktlarla sübuta yetirildi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO məsələ ilə bağlı konkret addımlar atmır. Bu da onun siyasiləşmiş təşkilat olmasından xəbər verir. Ancaq bu o demək deyil ki, biz dayanacağıq. Həmin xalçaların hazırda Azərbaycana qaytarılması mümkün olmasa da, qeyri-qanuni olan bir məsələnin pislənməsini gözləyirik”.

Fuad Nazimoğlu

Aytac Sahəd

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR