Bank Of Baku

Nazir: “ÜDM-də yaradıcı sənayenin payı təxminən 1-2% təşkil edir”

Anar Kərimov

© APA | Anar Kərimov

# 23 fevral 2022 10:31 (UTC +04:00)

"Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafında ən vacib ən prioritet sahələrindən biri hesab edilir".

APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.

"Hələ 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərlə bağlı mühüm bir forum keçirilib. Çox vacib bir prosesin başlanğıcı olub. Həmin dövrdən nazirlik bu sahəni prioritet sahə kimi görür. Hazırda yaradıcı sənayelərin inkişafı sahəsində fəaliyyətimiz çoxşaxəlidir. Bu sahədə olan qanunvericilikdə olan boşluqların aradan qaldırılması üzərində işləyirik. Bunlar əqli mülkiyyətin qorunması mexanizmlərin tətbiqi, dataların yığılmasıdır. Əlimizdə etibarlı rəqəmlər olmalıdır. Hazırda bizdə olan məlumata görə, Ümumi daxili məhsulda (ÜDM) yaradıcı sənayenin payı təxminən bir-iki faiz təşkil edir. Düşünürük ki, bu rəqəm düz deyil, bu rəqəm on faizə yaxındır", - nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR