Bank Of Baku

“Təbəssüm” rəqs kollektivi Türkiyədə festivalda iştirak edəcək

“Təbəssüm” rəqs kollektivi Türkiyədə festivalda iştirak edəcək
# 11 mart 2013 11:39 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən yaradıcılıq studiyasının «Təbəssüm» rəqs kollektivi aprelin 14-də Türkiyəyə yola düşəcək.

 

APA-nın məlumatına görə TRT-nin xətti ilə 35-ci dəfə keçiriləcək Beynəlxalq Uşaq Festivalında bu dəfə Azərbaycanı Musiqili Komediya Teatrının ən balaca artistləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcəklər. İzmir şəhərində keçiriləcək festivalda kollektivin 10 yaşdan 13 yaşa kimi 13 solisti iştirak edəcək. Bu il həmin festivala dünyanın 110 ölkəsindən balaca istedadlar qatılacaq.

 

Balacaların çıxışları aprelin 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Uşaqlar konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR