Bank Of Baku

Əbülfəs Qarayev: "Azərbaycan Avropa ilə islam dünyası arasında körpü rolu oynayır"

 Əbülfəs Qarayev: "Azərbaycan Avropa ilə islam dünyası arasında körpü rolu oynayır"
# 22 dekabr 2017 13:01 (UTC +04:00)

"İSESCO ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələrin qurulması ənənəyə çevrilib".

 

APA-nın məlumatına görə, bu sözləri İSESCO üzrə Azərbaycan Milli Komissiyasının ikinci iclası zamanı komissiyanın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Naxçıvan 2018-cı ildə islam dünyasının mədəniyyət pautaxtı kimi qəbul olunub: "İSESCO və Avropa Şurası arasında mədəniyyət paytaxtları ilə bağlı əməkdaşlıq mövcuddur. Avropa ilə islam dünyası arasında körpü rolu oynayan Azərbaycan Bakı prosesi ilə hərəkət edir. Bakı prosesinin 10 illik fəaliyyətində İSESCO-nun xüsusi yeri var". 

Qeyd edək ki, iclasda İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri, Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı nümayəndəsi Bəxtiyar Əsgərov və komissiyanın üzvləri iştirak edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR