Bank Of Baku

Akademik Milli Dram Teatrının 140 illik yubileyi keçiriləcək

Akademik Milli Dram Teatrının 140 illik yubileyi keçiriləcək
# 28 fevral 2013 11:44 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 140 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya teatrın direktoru İsrafil İsrafilov məlumat verib. Teatr rəhbəri bildirib ki, yubiley mərasiminin aprelin 10-da Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur.

 

Tədbirin beynəlxalq səviyyədə keçiriləcəyini diqqətə çatdıran İ. İsrafilov, yubiley ərəfəsində həm də Bakıda Türkdilli dövlətlərin Teatrlar Şurasının yığıncağının keçiriləcəyini açıqlayıb.

 

Hazırda teatrın yubileyi üçün xüsusi proqram hazırlanır. Tədbirin rejissoru Vaqif Əsədovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR