Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-28-də BMT-nin Sivilizasiyalar Alyansının "Müxtəliflik və dialoq şəraitində məsuliyyətli liderlik" mövzusunda keçiriləcək V Dünya Forumunda iştirak etmək üçün Avstriyanın Vyana şəhərinə səfərə yola düşüb. Nazirlikdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin şöbə müdiri Emil Həsənov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə daxildirlər.
Forum çərçivəsində keçiriləcək nazirlər görüşündə, tərəfdaşlar assambleyasında və Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional sessiyada Ə. Qarayevin çıxışları nəzərdə tutulur.