Bank Of Baku

Azərbaycanda keçirilən III Beynəlxalq Muğam Müsabiqəsi başa çatıb

Azərbaycanda keçirilən III Beynəlxalq Muğam Müsabiqəsi başa çatıb
# 19 mart 2013 09:09 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Azərbaycanda keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində III Beynəlxalq Muğam Müsabiqəsi başa çatıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin qapanışı Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilib.

 

İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin qaliblərini Azərbaycanın xalq artisti, Səyavuş Kəriminin sədrliyi ilə əməkdar incəsənət xadimi Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti seçib.
 
Qaliblərin adları və hansı pillələrdə qərarlaşması bu gün keçiriləcək qala-konsertdə açıqlanacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR