Bank Of Baku

Bakıda "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçiriləcək

Bakıda "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçiriləcək
# 20 fevral 2013 14:27 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Bakıda "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konfrans qarşıdakı dövr üçün daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, istifadəsi və təbliği sahəsində mövcud problemlərin və perspektivlərin müzakirəsi məqsədilə nazirliyin təşkilatçılığı ilə  baş tutacaq. İki hissədən ibarət olacaq tədbirin ilk hissəsində baş nazirin müavini Elçin Əfəndiyevin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlının çıxışları olacaq.

 

Tədbirin ikinci hissəsində isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının Mədəni irsin qorunması və səmərəli istifadəsi bölməsində maddi irsin inkişafı ilə bağlı məruzələrin dinlənilməsi nəzərdə tutulmuş, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin müdiri Rüfət Nuriyevin çıxışları planlaşdırılır. Tədbirin sonunda konfransın qətnaməsinin qəbul olunması gözlənilir.  Tədbir fevralın 22-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR