Bank Of Baku

Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə bu gün torpağa tapşırılıb

Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə bu gün torpağa tapşırılıb
# 17 mart 2013 14:03 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının dünən dünyasını dəyişmiş baş rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə bu gün torpağa tapşırılıb.

 

APA-nın  məlumatına görə, R. Əlizadənin dəfnində mərhumun yaxınları, çalışdığı kollektiv, bir çox sənət adamı iştirak edib.

 

O, Mərdəkan qəbirstanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, həkimlər iki gün öncə ürək-damar çatışmazlığı problemi ilə xəstəxanaya yerləşdirilən R.Əlizadənin ağ ciyərlərinin tamamilə sıradan çıxdığını bildirmişdilər. O, dünən axşam saatlarında dünyasını dəyişib.

 

R.Əlizadənin 66 yaşı vardı.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR