Bank Of Baku

Əbülfəs Qarayev Azərbaycan mədəni irsinin qorunmasına dair Dövlət Proqramının hazırlanması təklifi ilə çıxış edib

Əbülfəs Qarayev Azərbaycan mədəni irsinin qorunmasına dair Dövlət Proqramının hazırlanması təklifi ilə çıxış edib
# 22 fevral 2013 07:52 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəni irsinin qorunmasına dair Dövlət Proqramının hazırlanıb təsdiq olunması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, bu təklifi nazir “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda keçirilən konfransda səsləndirib. O bildirib ki, Azərbaycan mədəniyyət irsi bu gün heç də yetərincə qorunmur: “Bu gün işğal altında olan torpaqlarda dağıdılan mədəni irsimizi nəinki qoruya, heç təhlil də edə bilmirik. Düşünürəm ki, Azərbaycan mədəni irsinin qorunması ilə bağlı dövlət proqramı qəbul olunmalıdır. Fikrimcə, bu proqramın qəbulu hər baxımdan öz təsirini göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR