Bank Of Baku

Əbülfəs Qarayev Fransanın sabiq baş naziri Dominik de Vilpeni qəbul edib

Əbülfəs Qarayev Fransanın sabiq baş naziri Dominik de Vilpeni qəbul edib
# 13 fevral 2013 16:59 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın sabiq baş naziri, ticari məsələlər üzrə vəkil Dominik de Vilpeni qəbul edib.  APA-nın məlumatına görə, görüş zamanı Ə. Qarayev Azərbycan-Fransa əlaqələrinin inkişafından söz açıb, 2007-ci ildə dövlət başçısı İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı mədəniyyət, turizm, kitabxana və muzey sahəsində dörd sazişin imzalandığını və adı çəkilən sazişlərin əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib.

 

Dominik de Vilpen Azərbaycana hazırkı səfəri zamanı prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev adına Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşlər keçirdiyini, bu görüşlərdən xoş təəssüratlarla ayrıldığını qeyd edib. Görüş əsnasında mədəniyyət və turizm sahəsində layihələrin həyata keçirilməsi istiqamətində Fransanın dəstəyinin vacibliyi vurğulanıb.
 

Daha sonra Ə. Qarayev Dominik de Vilpeni 2013-ci il 29 may-1 iyun tarixlərində Bakıda təşkil ediləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR